Bu gün:


Ərdoğan Ağdamdakı mərkəzin fəaliyyətini müzakirə edəcək

Tarix: 29.03.2021 / 20:34  •   Oxundu: 141 dəfə  •  

Martın 30-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
İclasda Şərqi Aralıq dənizi, Egey dənizi və Kiprdəki proseslər, həmçinin Türkiyə Ordusunun Azərbaycan, Liviya və Suriyadakı fəaliyyətləri və terrorla mübarizə başda olmaqla strateji məsələlərin müzakirəsi gözlənilir.

Bildirilib ki, yanvarın 30-da Qarabağda atəşkəsə nəzarət etmək üçün açılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzin komandanlığındakı fəaliyyətlərinin də gündəlikdə olması güman edilir.