Bu gün:


Putin və Paşinyanın kreml görüşü

Tarix: 07.04.2021 / 14:39  •   Oxundu: 142 dəfə  •  

Bu gün Moskvada Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.
 
İDEAL Media.az Kremlin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Dağlıq Qarabağdakı situasiya və Ermənistan-Rusiya strateji əməkdaşlığı müzakirə olunacaq.
 
“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il bəyanatlarının reallaşdırılması, həmçinin, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası kontekstində regiondakı problemlərin həlli üçün atılacaq addımlar müzakirə ediləcək”- deyə Kremlin mətbuat xidmətinin açıqlamasında deyilir.