Bu gün:


UKRAYNA VƏ AZƏRBAYCAN YENİ TİCARƏT QAYDALARI TƏTBİQ EDİR...

Tarix: 07.04.2021 / 21:27  •   Oxundu: 173 dəfə  •  

1993-cü ildə MDB çərçivəsində imzalanmış baytarlıq sahəsində əməkdaşlıq müqaviləsinin qüvvədən düşməsi ilə 13 aprel 2021-ci ildən etibarən Ukrayna ilə Azərbaycan arasında yeni ixrac və idxal qaydaları tətbiq olunacaq.
 
Bu barədə Ukrayna Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti məlumat yayıb.
 
Yeni qaydalara maneəsiz keçidin təmin edilməsi və ölkələr arasında əməkdaşlığın genişləndirilməsi məqsədilə Ukrayna Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi arasında məsləhətləşmələr aparılıb.
 
Ukraynanın Dövlət Xidmətindən bildirilib ki,  bitki yemi, heyvan mənşəli xammal, ət, ət və süd məhsulları, balıq və balıq məhsullarının Azərbaycana ixracı üçün sertifikatların verilməsi barədə razılığa gəlinib. 
 
Məsləhətləşmələr zamanı Ukrayna Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi arasında qida təhlükəsizliyi sahəsində müqavilənin imzalanması da müzakirə edilib. Razılaşma ikitərəfli əməkdaşlığın yeni səviyyəyə qaldırılmasına, bazarların müəssisələr üçün daha əlçatan olmasına və dövlət büdcəsinin gəlirlərinin artırılmasına imkan verəcəkdir.