Bu gün:


GÜRCÜSTANDA MATƏM ELAN EDİLDİ

Tarix: 10.04.2021 / 10:11  •   Oxundu: 98 dəfə  •  

Aprelin 10-da Gürcüstanda bütün dövlət qurumlarında dövlət bayraqları endirilib.

İDEAL Media.az xəbər verir ki, aprelin 7-də Abxaziyanın Qali rayonundan olan 4 Gürcüstan vətəndaşı İnquri çayında faciəli şəkildə ölüb.
Bununla əlaqədar olaraq aprelin 10-da ölkədə matəm günü elan olunub.

Xatırladaq ki, həlak olan şəxslər işğal altında olan Abxaziyadan Gürcüstanın nəzarətindəki əraziyə İnquri çayı vasitəsilə keçməyə cəhd edərkən boğularaq ölüblər.