Bu gün:


BAKIDA DAŞ KARXANASINDA İŞÇİ FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ

Tarix: 10.04.2021 / 21:39  •   Oxundu: 142 dəfə  •  

Bakıda daş karxanasında çalışan işçi faciəvi şəkildə ölüb.

İDEAL Media.az xəbər verir ki, hadisə Qaradağ rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Əli Əhmədovun üzərinə qaldırıcı kranın dəmir hissəsi düşüb. Nəticədə işçi dünyasını dəyişib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.