Bu gün:


BAKIDA GƏNC QƏTLƏ YETİRİLDİ

Tarix: 11.04.2021 / 10:14  •   Oxundu: 107 dəfə  •  

Bakıda qətl hadisəsi törədilib.
Hadisə Binəqədi rayonunda qeydə alınıb.

Biləcəri qəsəbəsinin Asəf Zeynallı küçəsində 1994-cü il təvəllüdlü Allahverdiyev Cavad İttifaq oğlu mübahisə zəminində ürək nahiyəsindən bıçaqlanaraq dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Hadisənin təfərrüatı Binəqədi rayon Prokurorluğunda araşdırılır.