Bu gün:


DAHA BİR ÖLKƏ S-400 ALIR

Tarix: 13.04.2021 / 11:56  •   Oxundu: 93 dəfə  •  

“Hindistana S-400 müdafiə sistemlərinin satış tarixi yaxın günlərdə açıqlanacaq”.

İDEAL Media.az xəbər verir ki, Rusiya Federal Hərbi və Texniki Əməkdaşlıq Xidməti belə açıqlama yayıb. Bildirilib ki, proses plana uyğun davam edir. Açıqlamaya görə daha bir neçə ölkə S-400 müdafiə sistemləri ilə maraqlanır.

Qeyd edək ki, Rusiya və Hindistan arasında əldə edilən S-400 razılaşmasının dəyəri 5,4 milyard dollardır.
ABŞ bu razılaşmaya qarşı çıxaraq, Hindistanı sanksiya ilə hədələyir.