Bu gün:


ƏRDOĞAN SADƏ AİLƏNİN EVİNDƏ İFTAR AÇDI

Tarix: 15.04.2021 / 13:18  •   Oxundu: 161 dəfə  •  

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan həyat yoldaşı Əminə Ərdoğanla birlikdə Ankaranın Mamak rayonunda sadə bir ailəni ziyarət edib.
 
İDEAL Media.az xəbər verir ki, onlar bu ailənin iftar süfrəsinin qonağı olublar.
 
Türkiyə mediasında və cəmiyyətində geniş əks-səda doğuran bu böyüklük nümunəsi son günlər Prezident Ərdoğana çamur atan məkrli qüvvələrə tutarlı cavab sayıla bilər.
 
R.T.Ərdoğanın həyat yoldaşı ilə bərabər yerdə bardaş qurub süfrə ətrafında əyləşməsi, hətta qonağı olduğu ailənin kiçik qız uşağına hədiyyə verdikdən sonra onun əlindən öpməsi fotokameraların yaddaşına köçüb və böyük marağa səbəb olub.