Bu gün:


VƏTƏN MÜHARİBƏSİNİN ŞƏHİDİ BU GÜN XAÇMAZDA DƏFN EDİLƏCƏK

Tarix: 16.04.2021 / 10:33  •   Oxundu: 86 dəfə  •  

Azərbaycan Ordusunun Vətən müharibəsində yaralanıb, 6 ay komada qalandan sonra şəhid olan hərbi qulluqçusu Səbuhi Hüseynli bu gün dəfn ediləcək.
 
İDEAL Media.az-ın xəbərinə görə, mərhum Xaçmaz rayonunun Maqsudkənd kəndinin qəbiristanlığında torpağa tapşırılacaq.
 
Qeyd edək ki, S.Hüseynli 1998-ci ildə Xaçmaz rayonunun Maqsudkənd kəndində anadan olub. Oktyabrın 20-də Xocavənd uğrunda gedən döyüşlərdə ağır yaralanıb. O, oktyabrın 30-da beyin əməliyyatı olunub. S.Hüseynli 6 ay koma vəziyyətində qalıb. Vətən müharibəsi qazisi aprelin 15-də şəhidlik zirvəsinə ucalıb.
 
Onun 1 övladı yadigar qalıb.
 
Allah rəhmət eləsin!