Bu gün:


PİYADA ZOLAĞI KOLLARA DOĞRU ÇƏKİLDİ

Tarix: 16.04.2021 / 13:55  •   Oxundu: 63 dəfə  •  

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının 20 Yanvar və Asif Məhərəmov küçələrinin kəsişməsində piyada zolağının dekorativ kollara doğru çəkilməsini nəzarətə götürüb.

AAYDA-dan İDEAL Media.az-a verilən məlumata görə, bu gün səhər saatlarında agentliyin Şəhər yollarının istismarı və təmiri şöbəsinin rəisi, həmçinin Bakı Nəqliyyat Agentliyinin məsul şəxsi ərazidə olaraq problemlə yerindəcə tanış olub və sözügedən qüsurun aradan qaldırılması üçün tapşırıqverilib. Atılacaq addımlar barədə yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək.