Bu gün:


ƏRDOĞAN:SON 19 İL ƏRZİNDƏ REKORDLARA İMZA ATDIQ

Tarix: 18.04.2021 / 11:09  •   Oxundu: 102 dəfə  •  

2021-ci ili ölkəmiz və millətimiz üçün bir şahlanma ilinə çevirəcəyik. Son 19 il ərzində xüsusilə nəqliyyat sahəsində Türkiyənin respublika tarixində rekordlara imza atdıq.

İDEAL Media.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin “Hasankeyf-2” körpüsünün açılış mərasimində canlı bağlantı ilə iştirakı zamanı bildirib.

"İqtidara gəldiyimizdə ölkəmizdə uzunluğu, sadəcə, 6100 kilometrə çatan yollar var idi, biz bunu 28 min 200 kilometrə çatdırdıq. Ölkəmizin magistral yollarının uzunluğunu 3523 kilometrə yüksəldərək, iki dəfədən çox artırdıq. 2002-ci ildə 83 tunelimiz var idi, bu gün bu rəqəm 435-ə yüksəlib. Tunellərin ümumi uzunluğu 50 kilometrdən 595 kilometrə, körpülərin uzunluğu isə 311 kilometrdən 701 kilometrə çatdırılıb", - Ərdoğan qeyd edib.