Bu gün:


TRAMP PUTİNƏ SİMPATİYASI HAQQINDA DANIŞDI

Tarix: 20.04.2021 / 15:55  •   Oxundu: 75 dəfə  •  

ABŞ-ın keçmiş prezidenti Donald Tramp növbəti dəfə Rusiya lideri Vladimir Putinə simpatiyasını ifadə edib.

Bu barədə “Fox News” məlumat yayıb.
“Mən prezident Putinlə yaxşı yola gedirdim, o mənim xoşuma gəlirdi, mən də onun... Bu isə pis yox, yaxşıdır”, - deyə D.Tramp bildirib.