Bu gün:


PARADIN MÜQABİLİNDƏ NJDENİN HEYKƏLİ SÖKÜLÜR...

Tarix: 21.04.2021 / 10:06  •   Oxundu: 129 dəfə  •  

Rusiya sülhməramlılarının 9 may günündə Xankəndində hərbi parad keçirməsi sülhməramlılarla separatçı rejim arasında bəzi sövdələşmələrə səbəb olub.
 
Rusiya sülhməramlılarının Qələbə paradı separatçı rejimin ürəyindən olmuş və hər cür dəstək verməyə hazır olduqlarını bildirmişlər. Rusiya sülhməramlıları isə separatçı rejim qarşısında tələb qoymuşdur - Njdenin heykəli 9 may gününədək götürülməlidir. Heykəl demontaj olunacaq. Separatçı rejimin liderləri Xocavənd meri və əhalinin müəyyən hissələri ilə təbliğat söhbətləri aparırlar.
 
Ermənistan parlamentinin deputatı Sofya Ovsepyan da Feysbuk səhifəsində Njdenin heykəlinin söküləcəyinə qərar verildiyini yazıb:
 
”Biz Mahatma Qandiyə heykəl qoyuruq, Martunidə (Xocavənddə) Njdenin heykəli isə 9 mayadək sökülməlidir. Rahat olmuşdunuz, elə zənn etmişdiniz ki, məsələ həll olub? Olmayıb, əl altdan işlədilər. Adamlara izah ediblər ki, götürülməlidir, variant yoxdur”.
 
P.S. Xankəndi meydanında keçirilməsi nəzərdə tutulan 9 may paradı Azərbaycan cəmiyyətində xüsusi etiraz doğurub. Cəmiyyət paradı Azərbaycan qarşısında güc nümayişi və sülhməramlıların missiyasını artıq neçənci dəfə aşması kimi dəyərləndirir.