23 YAŞLI ŞƏHİD LEYTENANT AQİL MƏCİDOVUN DÖYÜŞ YOLU
Tarix: 22.04.2021 / 15:15 •
Oxundu: 106 dəfə •
44 günlük Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə düşmənə ağır zərbələr vuraraq onları geri çəkilməyə məcbur edən Azərbaycan Ordusunun hərbçiləri sırasında şəhid leytenant 23 yaşlı Aqil Məcidov da olub.
İDEAL Media.az xəbər verir ki, şəhid leytenant Məcidov Aqil Aydın oğlu 3 aprel 1998-ci ildə Tovuz rayonunda anadan olub. 2006-cı ildə Tovuz rayon Nəsrəddin Tusi adına Təbiət və Texniki fənlər təmayüllü liseyin 1-ci sinfinə daxil olub. 2011-ci ildən A.S.Puşkin adına orta məktəbdə təhsilini davam etdirib. Məktəbi bitirdikdən sonra arzusunda olduğu Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub.