Bu gün:


RABİTƏSİZ NAZİRLİKDƏ KADR PROBLEMİ

Tarix: 23.04.2021 / 18:50  •   Oxundu: 262 dəfə  •  

Nəbiyev Rəşad Nəbi oğlu kosmos surətilə ”Azərkosmos” ASC-dən Nəqliyyat,Rabitə və Yüksək Texnologiyalar naziri təyin edilərkən çoxlari ümid edirdi ki, bu sahədə həyata keçirilən “kazus islahatlarının” yeni dönəmi başlanacaq !?
 
   Nə yazıqlar olsun ki, qırxı çıxmamış Rəşad özünü de-şifre etdi.Bərbad vəziyyətdə can istəyən internet provayderləri daha da acınacaqlı şəkil aldı. Telefon nömrə çəkilişləri ULTEL tərəfindən  açıq bazara çıxarıldı. Əvvəl vətəndaşların “qaynar xəttə” etdiyi müraciətlər qisməndə olsa təmin edilirdisə,hazırda köklü -dibli nömrələr yoxa çıxardılıb. Anti-təkamül dövrü yaşayan rabitəsiz nazirlik təkcə nəqliyyat.rabitə sahəsində deyil, poçt sahəsində də analoqsuz geriləmə dövrü yaşayır.
 
    Konkret olaraq “Azərpoçt” MMC Abşeron poçt filialına rəis təyin edilmiş Samid İbrahimov adlı şəxs zərf və poçt markası satmaqdan başqa heç nəyi bacarmadığını özü etiraf edir
 
    Apardığımız araşdırma və müşahidələr zamanı açığa vuran rüsvayçılıqlardan biri də bu idi ki, Samid İbrahimovu “samit ve sait” yerinə qoyan bir nəfərdə olsun yox idi. Həmin filialda uzun müddətə köç salmış qoca maklaturalar qanun adı   altında bütün qanunsuzluqlara  rəhbərlik edir və maksimum çalışırlar ki, vətəndaş məmnunluğu sıfırla-sıfır arasından qurtula bilməsin .
 
    Əlbəttdə ki, el arasında “qaz nəbi” kimi tanınan birisinin övladını hazırda düşündürən və qayğılandıran əsas faktor qaz vurub qazan doldurmaqdır. Çün ki, o bu yolu atası Nəbidən, qayınatası Tofiq Hüseynlidən öyrənmişdir .
 
Ardı var……
 
 
Sofia Sofulu.