Bu gün:


RUS ORDUSU SƏRHƏDDƏN GERİ ÇƏKİLDİ?

Tarix: 24.04.2021 / 10:33  •   Oxundu: 167 dəfə  •  

Rusiya Müdafiə Nazirliyinin rəsmi açıqlamasına baxmayaraq, qoşunların Ukrayna sərhədindən çəkilməsini qiymətləndirmək hələ tezdir.

İDEAL Media.az xəbər verir ki, bu sözləri Pentaqon nümayəndəsi Con Kirbi deyib.

“Biz Rusiya tərəfinin təlimlərin sona çatması ilə bağlı açıqlamasından məlumatlıyıq. Lakin konkret nələrsə demək, hələ ki, çox tezdir”, - deyə Kirbi bildirib.

Kirbi Rusiyanın provokasiyaları dayandırmalı və Ukraynanın ərazi bütövlüyünə hörmət etməli olduğunu bir daha xatırladıb.

Qeyd edək ki, Rusiya rəsmiləri təlimlərin sona çatdığını bəyan edərək, Ukrayna sərhədindən ordunu geri çəkdiyini açıqlayıb.