ABŞ Prezidenti Co Bayden vəzifəsinin icrasına başladıqdan üç ay sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Xarici medianın anonim mənbələrinə görə, telefon danışığı gərgin keçib və Bayden Ərdoğana qondarma “soyqırımı” tanımağı düşündüyünü söyləyib.
İDEAL Media.az Tükiyə mediasına istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının 46-cı Prezidenti Co Baydenin Prezident Ərdoğanla telefon danışığında qondarma “soyqırımı”nın müzakirə edilib edilmədiyi bütün dünyanın diqqətində olan məsələdir. Ancaq nə Vaşinqtonun, nə də Ankaranın yazılı açıqlamalarında bu barədə heç bir məlumat verilməyib.
Ancaq Ərdoğanla Baydenin danışmasından qısa müddət sonra ABŞ mediasına telefon söhbətinin bəzi detalları sızdırılıb. Məlumata görə, Bayden Ərdoğana 1915-ci ildə baş verən hadisələri "erməni soyqırımı" kimi tanıyacağını söyləyib.
Telefon söhbətinin detallarını ilk yayanlardan biri olan “Bloomberg" xəbər verir ki, "Prezident Bayden cümə günü türk həmkarı Ərdoğana Osmanlı Dövləti tərəfindən 1915-ci ildə ermənilərin qətliamını soyqırımı kimi tanımağı planlaşdırdığını söyləyib”.
CNN isə etibarlı mənbəyə istinadla telefon söhbətinin gərgin keçdiyini bildirib.
Eyni məzmunlu xəbəri "Reuters" Agentliyi də yayımlayıb. “Reuters” Baydenin 24 aprel 1915-ci ili anmaq üçün müraciətində "soyqırımı" ifadəsindən istifadə edəcəyini bildirib.
Telefon söhbətindən bir gün əvvəl “Reuters” Agentliyi ilə yanaşı ABŞ-ın nüfuzlu “Washington Post”, “Wall Street Journal”, “New York Times” qəzetləri də adını açıqlamadıqları bir ABŞ rəsmisinə istinadla Baydenin 1915-ci il hadisələrinin anım günü edəcəyi müraciətində "soyqırımı" ifadəsindən istifadə edə biləcəyini açıqlamışdı.
Ankaranın verdiyi açıqlamada liderlərin ilk ikitərəfli görüşlərini NATO sammiti ərəfəsində keçirəcəkləri bildirilib. Ağ Evdəki dəyişiklikdən sonra iki ölkənin xarici siyasət idarələrinin rəhbərləri də martın 24-də NATO-nun iclası zamanı görüşmüşdülər.
Ərdoğan və Baydenin telefon danışığı Baydenin Ağ Evdə fəaliyyətə başladığı 20 yanvar tarixindən bəri gözlənilən idi. ABŞ prezidentlərinin səlahiyyət müddətinin ilk 100 günündə telefonla danışdıqları və ya görüşdükləri liderlər simvolik əhəmiyyət daşıyırlar. Aprelin 29-da Baydenin vəzifəsinin icrasına başlamasının 100-cü günü olacaq.