Bu gün:


İKİ MƏKTƏBLİNİ AVTOMOBİL VURDU,BİRİ ÖLDÜ

Tarix: 25.04.2021 / 10:39  •   Oxundu: 77 dəfə  •  

Yevlax şəhərində iki piyadanın vurulması nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
İDEAL Media.az xəbər verir ki, VAZ-21015 markalı avtomobil yolu qarşı tərəfə keçmək istəyən iki məktəblini vurub.

Ağır xəsarətlər alan məktəblilər xəstəxanaya yerləşdiriliblər.

Lakin onlardan biri, Yevlax rayon sakini, 2009-cu il təvəllüdlü Şahverdili Zəhra Elbrus qızının hayatını xilas etmək mümkün olmayıb. Digər məktəblinin müalicəsi davam etdirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.