Bu gün:


AĞIR QƏZA: PİYADANIN BELİ SINDI

Tarix: 25.04.2021 / 12:39  •   Oxundu: 89 dəfə  •  

Sabirabad rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İDEAL Media.az-ın məlumatına görə, “QAZ-53” markalı yük avtomobili yolu keçən 1953-cü il təvəllüdlü, Nağıyev Şükür Nadirxan oğlunu vurub.

Ağır xəsarət alan yaralı təcili yardımın köməkliyi ilə əvvəlcə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Daha sonra o, Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.