Bu gün:


ABŞ BANKINDAN BAKI NEFTİ İLƏ BAĞLI PROQNOZ

Tarix: 27.04.2021 / 11:16  •   Oxundu: 94 dəfə  •  

2022-ci ildə Azərbaycanda xam neft hasilatı 638 min barel təşkil edəcək.

İDEAL Media.az xəbər verir ki, bu barədə ABŞ-ın "JP Morqan" bankının hesabatında bildirilib.

Proqnoza əsasən, 2022-ci ilin birinci rübündə hasilat sutkada 641 min barrel, ikinci rübdə 640 min barrel, üçüncü rübdə 637 min barrel, dördüncü rübdə isə 634 min barrel təşkil edəcək.

Hesabatda qeyd olunur ki, 2021-ci ildə aylar üzrə hasilat proqnozu yanvarda sutkada 642 min barrel, fevralda 643 min barrel, martda 638 min barrel, apreldə 643 min barrel, mayda 636 min barrel, iyunda 640 min barrel, iyulda 638 min barrel, avqustda 636 min barrel, sentyabrda 639 min barrel, oktyabrda 631 min barrel, noyabrda 634 min barrel, dekabrda 635 min barrel təşkil edəcək.