Səngəçal terminalının qaz emalı və ixrac gücü ötən ilə nisbətən artıb
Tarix: 16.11.2020 / 15:35 •
Oxundu: 144 dəfə •
Səngəçal terminalının ümumi qaz emalı və ixracı gücü, Azəri-Çıraq-Günəşli səmt qazı da daxil olmaqla gündəlik 105 milyon standart kubmetri təşkil edib.
“BP Azərbaycan”dan verilən məlumata əsasən, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, Şahdəniz qazı üçün təqribən 85 milyon standart kubmetr olub.
2020-ci ilin ilk üç rübü ərzində terminal təqribən 183 milyon barel neft və kondensat ixrac edib. Eləcə də, 160 milyon barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və 23 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə nəql edilib.
Müvafiq dövr ərzində terminaldan orta hesabla gündəlik təxminən 48 milyon standart kubmetr Şahdəniz qazı ixrac edilib.
Qeyd edilib ki, qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.