212.000 MANATA TANINAN AZADLIQ HAQQI ?!
Tarix: 27.04.2021 / 18:32 •
Oxundu: 289 dəfə •
Azərbaycan Respublikası cinayət məcəlləsinin CM 178.3.2 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmiş, 05 dekabr 1980-ci ildə Bakı şəhərində anadan olmuş Abdullazadə Faiq Novruzəli oğlu 17 noyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barəsində ittiham qərarı çıxarılmışdır.
200200076 nömrəli cinayət işinin Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin baş müstəntiqi, polis mayoru Həbibli Həbib Arif oğlunun icraatındadır.
Vətəndaş V.Atayevaya qarşı küllü miqdarda 212.000 ( iki yüz min ) manat dələduzluq cinayəti törətmiş və Azərbaycan Respublikasının cinayət məcəlləsinin 178.3.2 maddəsi üzrə dələduzluq törətmiş şəxs Faiq Abdullazadə Novruzəli oğlunun hələdə azadlıqda gəzməsi paradoksaldır.
Xəstə anasının dərman preparatları üçün aptek sahibini 15 manat civarında "aldatmış" şəxsə 8 il həbs cəzası verdirən analoqsuz hüquq siyasəti aldadılan xanımdan çalınan 212.000 (iki yüz min) manata münasibətdə nədən bu qədər "humanistdir"???
IDEAL-a daxil olunmuş müraciətdə o da aydın olur ki, təqsirləndirilən şəxs, Abdullazadə Faiq Novruzəli oğlu zərərçəkmiş şəxs V.Atayevaya qarşı mütəmadi olaraq hədə-qorxu gəlməkdədir və bu günə kimi vurduğu zərərdən bir manat olsun belə ödəməmişdir.
Sual yaranır: Milli və Beynəlxalq hüququn hansı müddəasında qanunlar kimisinə imtiyaz,kimisinə cəza nəzərdə tutur?
Dövlət vətəndaşın ortaq təsisatıdırsa, NİYƏ eyni sistemin daxilində istismar edən və edilən var?
Niyə V.Atayevanın zəhməti Faiq Abdullazadənin sərvətinə çevrilməlidir?
PS. redaksiyamıza daxil olmuş məlumata əsasən, Faiq Abdullazadənin qardaşı Fərid Abdullayev barəsində 02 yanvar 2020 -ci il tarixdə Azərbaycan Respulikasının CPM-nin 150-ci maddəsi ilə axtarış elan edilmişdir. 19 yanvar 2020-ci ildə həbs edilmiş və ona qarşı cinayət məcəlləsinin CM-nın 215-ci maddəsi ilə ittiham elan edilmişdir.
Mövzu diqqətimizdədir.
Araşdırmamız davam edir.
Rüfət Kamil