Bu gün:


ŞƏMKİRİN KEÇMİŞ İCRA BAŞÇISININ MƏHKƏMƏSİ KEÇİRİLİR

Tarix: 28.04.2021 / 17:10  •   Oxundu: 115 dəfə  •  

Səbail Rayon Məhkəməsində Şəmkir Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədovun məhkəməsi keçirilir.
 
İDEAL Media.az xəbər verir ki, məhkəmə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxır.
 
Qeyd edək ki, A.Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
 
Prezident İlham Əliyevin sərəncamı ilə o, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.