Bu gün:


Radə Yusifzadə:Özüm etdirmişəm !

Tarix: 29.04.2021 / 15:39  •   Oxundu: 242 dəfə  •  

“Xudayar haqqında danışan oğlanın döyülməsindən xəbərim var, onu özüm etdirmişəm. Mən gəlib o sözü efirlərdə də deyəcəyəm”.

Bu barədə Xudayar Yusifzadənin anası Radə Yusifzadə  media-da çıxış edib.
“Hara lazımdır ora müraciət olunmuşdu. Mənə demişdilər ki, siz əyani surətdə gəlin ərizə yazın. Deyirəm ki, mən sosial şəbəkədən hara müraciət edə bilərəm?

Uşaqlar, özüm yazmışıq ki, bunu dayandır. O etməyəndən sonra məcbur idim ki, erməninin üstünə göndərdiyim oğulun biri şəhid olub, ikisi buradadırsa, onlara da deyəm ki, bunu susdurun, içimizdəki ermənini susdurun.

Mənim oğlumun hələ qanı qurumayıb. O mənimlə elə zarafat edə bilməz. Nəsimi ilə zarafat edib, İzzətlə zarafat edib. Onun mesajı var bizdə. Deyir ki, zarafat edirəm, məni heç kim susdura bilməz. İndi də şəhidlə zarafat elədin ki, hamı gülsün?! Deməli, bizim şəhidimizə hamı gülməlidir?! İndi bu dəqiqə çıxıram, Bakıya, düz DTX-ya gəlirəm.

Onu döyənlər bilirəm kimlərdir. Mən özüm demişəm ki, onun barmaqları qırılsın, o bir də sosial şəbəkədə heç nə yaza bilməsin”. 

R.Yusifzadə söyləyib ki, nəinki o, hətta bütün şəhid anaları öz əlləri ilə onun cəzasını verməyə hazırdırlar:
“3 min şəhidimizin hansının anası sağdırsa, mənim yanıma gəlib onu cəzalandırmaq istəyir. İndi bu dəqiqə gedirəm onu məhkəməyə verəm”. 
Onu yumruqla təpiklə döyüblər, işgəncə etməyiblər, stola bağlamayıblar. Onu kameranın altında camaatın içərisində tutublar. Ona yalvarıblar ki, bunu götür, belə eləmə, şəhidimizdir və s. Ona bu sözləri deyəndən sonra başladı şəhidlərlə lağlağı etməyə. Ona göstərdilər necə lağlağı etmək olar”. 

R.Yusifzadənin sözlərinə görə, bu gün Xudayarla zarafat edən sabah başqa şəhidlə zarafat edər:
“O qırmızı koftasını, qırmızı idman ayaqqabısını geyinib kafedə oturub, çay içib məzələnib mənim uşağım haqqında danışırsa, o, bu gün şəhid olan 3000 oğulun hesabına orada salamat oturub. O gedib yenidən vətən qoruyacaq biri deyil, amma mənim yerdə qalan iki oğlum necə Xudayar etmişdisə, canını vətən üçün vermişdisə, onlar da gedəcək. Onun cəzasını verən oğlanlar yenə gedib vətəni qoruya bilər. Onun kimisi isə ancaq sosial şəbəkədə şəhidi təhqir etməklə reytinq qazana bilər.

Məhkəməyə verib ondan təzminat tələb edəcəyəm. Mən Xudayarı sevənlərin yazdıqlarını oxuyurdum. Amma görmədim ki, bir nəfər hüquqi şəxs çıxa, bunu susdura. 

Mən Bakıya müraciət etmişəm. Dedilər ki, gəlib ərizə yazmalısız baxdım ki, mənasız yerədir. Onu çağıracaqlar deyəcəklər ki, belə etmisən, bir də eləmə. Hələ mən uşaqlarımdan narazıyam ki, onun barmaqlarını qırmayıblar. Onun barmaqları kəsilməli idi ki, bir də hansısa şəhid haqqında bu cür söz yaza bilməsin”.