Bu gün:


TALİBAN ABŞ-A MEYDAN OXUDU

Tarix: 02.05.2021 / 11:07  •   Oxundu: 110 dəfə  •  

Əfqanıstanı tərk etməyən xarici qüvvələrə qarşı lazımi addımlar atılacaq.
İDEAL Media.az xəbər verir ki, bunu Taliban sözçüsü Zəbihullah Mücahid deyib.

"Xarici qüvvələrin Əfqanıstandan çıxarılması barədə razılaşdırılmış 1 may tarixi artıq keçib və bu pozuntu "Əfqanıstan islam əmirliyi" mücahidlərinin işğalçı qüvvələrə qarşı hərəkətə keçməsinə yol açdı", - Mücahid söyləyib.

Qeyd edək ki, ötən ilin 29 fevralında Dohada imzalanan müqaviləyə əsasən, ABŞ 2021-ci ilin mayına qədər Əfqanıstanı tamamilə tərk etməli idi.
Prezident Baydenin əmrinə əsasən, ABŞ ordusunun 1 maydan Əfqanıstandan çıxarılmasına başlanılıb. Proses 11 sentyabra qədər yekunlaşmalıdır.