Bu gün:


HULUSİ AKAR İRAQLA SƏRHƏDDƏ

Tarix: 02.05.2021 / 15:51  •   Oxundu: 117 dəfə  •  

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkənin cənub-şərqində, İraqla sərhəddə yerləşən Şırnak vilayətində “Pençe-Şimşek” əməliyyatının idarəetmə qərargahında olub.

İDEAL Media.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Səfər çərçivəsində naziri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler və quru qoşunlarının komandanı Umit Dündar müşayiət edib.
Qeyd edək ki, İraqın şimalında “Pençe-Şimşek” və “Pençe-Yıldırım” əməliyyatları aprelin 23-də Türkiyə Silahlı Qüvvələri tərəfindən başlayıb. Əməliyyatlar çərçivəsində azı 42 PKK terrorçusu zərərsizləşdirilib.