Bu gün:


HULUSİ AKAR: “AZƏRBAYCAN QARABAĞI AZAD EDƏRƏK SÜLH VƏ ƏMİN-AMANLIĞI TƏMİN ETDİ”

Tarix: 04.05.2021 / 12:32  •   Oxundu: 103 dəfə  •  

“Azərbaycan Qarabağı azad edərək orada sülh və əmin-amanlığı təmin etdi”.
 
İDEAL Media.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Liviyadakı türkiyəli hərbçilərlə görüşündə deyib.
 
O bildirib ki, Türkiyə hər zaman haqlı mübarizəsində Azərbaycanın yanında olub: “Bundan sonra da sonuna qədər yanlarında olmağa davam edəcəyik”.
 
H.Akarın sözlərinə görə, Türkiyə qonşu ölkələrlə dialoq tərəfdarıdır: “Üçüncü tərəflərin qonşu ölkələrimizlə olan mövzularda obyektiv, məntiqli və düşüncəli yanaşmalarını gözləyirəm. Buradan onlara səslənirəm ki, heç bir halda Türkiyə ilə Yunanıstan arasındakı problemlərin Avropa İttifaqı və ABŞ-la problem halına çevirməsinlər. Nəticə olaraq haqqımızı tapdalatmayacağıq”.