Bu gün:


ElÇİN BAYXAN: DƏSPİNƏ HATUN

Tarix: 04.05.2021 / 15:34  •   Oxundu: 342 dəfə  •  

Adını şanlı tariximizə qızıl hərflarla yazan məhşur xanımlardan biri də, Ağqoyonlu hökmüdarı Uzun Həsənin xanımı Dəspinə Hatun olmuşdur. 

Dəspinə Hatun-Trabzon imperatoru olan Komnenoslardan IV İohannın qızıdır.  1438-ci ildə Trabzon şəhərində anadan olmuşdur.  Ağqoyunlu hökmdarı Uzun Həsənin xanımıdır. 1507-ci ildə  Diyarbəkirdə vəfat etmiş və  Diyarbəkirdəki Müqəddəs Georgi kilsəsində basdırılmışdır. 

Dəspinə Hatun (Teodora) gözəlliyi ilə məşhur idi. Zəmanəsinin ad-san qazanmış hökmdarları, mənsəb sahibləri onunla evlənmək istəsələr də, Atası- Trabzon imperatoru IV İohann və qardaşı David onları rədd etmiş, Teodoranı (Dəspinə Hatunu) güclü dövlət olan  Ağqoyunlularla ittifaq bağlamaq üçün 1458-ci ildə Uzun Həsənlə evləndirmişdilər. Teodora, bundan sonra Despina xatun kimi tanınmağa başlandı (Despina yunanca xatun, kraliça titullarının ekvivalentidir). 

Bu evlilik xristian və müsəlman monarxları arasında baş tutmuş ilk əfsanəvi toylardan biri olmuşdur. Toy ənənəsinə görə ər arvadından öz dini inancını dəyişməyi tələb edə bilərdi. Amma, Uzun Həsən bunu etməmiş, əksinə, pravoslav xristian kilsələri tikdirmiş və bununla da Vizantiya və başqa pravoslav xalqların hörmətini qazanmışdır. Despina xatun dövlət işlərinə təsir edirdi. Venesiya respublikası ilə diplomatik əlaqələrin qurulmasında əsaslı rol oynamış, 1473-cü ildə Katerino Zeno ilə şəxsən görüşmüşdü.  

Dəspinə xatun xatirələrdə öz xalqının anası, xöşxasiyyət, ağıllı, vicdanlı, səadqətli  xatun,  gözəl  ana və Şah İsmayıl Xətainin nənəsi kimi qalmışdır.