Bu gün:


RÜSTƏM MURADOV QARABAĞDAN GERİ ÇAĞIRILA BİLƏR

Tarix: 05.05.2021 / 12:55  •   Oxundu: 87 dəfə  •  

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov geri çağırıla bilər.
 
İDEAL Media.az Ermənistanın “Joğovurd” qəzetinə istinadən xəbər verir ki, onun yerinə başqa generalın təyinat alması ehtimalı var.
 
“Razılaşmaya əsasən, Rusiya tərəfi 6 aylıq müddət bitdikdən sonra sülhməramlı kontingentin komandirini dəyişə bilər”-deyə qəzet yazır.
 
Hərbi ekspert Vladimir Yevseyev isə komandirin rotasiyasının mütləq şərt olmadığını və Muradovun xidmətini davam etdirə biləcəyini qeyd edib.
 
Rusiya KİV-i isə Rüstəm Muradovun yerinə başqa hərbçilərin də namizəd olduğunu iddia edir. Rüstəm Muradovun namizədliyini Rusiya Baş Qərargahı uzunmüddətli araşdırmalardan sonra müdafiəı naziri Sergey Şoyquya təqdim edib.