XOCALI CƏLLADINDAN HİYLƏCƏR GEDİŞ...
Tarix: 06.05.2021 / 10:38 •
Oxundu: 147 dəfə •
Seperatçı rejimin "Təhlükəsizlik Şurasının katibi" Vitali Balasanyan dünən Qarabağın Xocavənd rayonunda yerləşən Qaregin Njde abidəsinin sökülməsini təklif edib.
İDEAL Media.az-ın məlumatına görə, bu barədə Xocavənd Rayon Ağsaqqallar Şurasının üzvü Artak Mkrtçyan və Ermənistan Milli Məclisinin müstəqil deputatı Sofiya Hovsepyan müsahibəsində bildirib.
Mkrtçyan telefonla Azadlıq radiosuna bildirib ki, Balasanyan abidəni heç bir aydın səbəb olmadan sökməyi təklif edib, bu səbəbdən Ağsaqqallar Şurası şəhər sakinlərinin tələblərini yerinə yetirərək Qarabağ Təhlükəsizlik Şurasının katibinin təklifini rədd edib.
“Təhlükəsizlik Şurasının katibi abidəni sökmək üçün Xocavəndə gəldi ki, biz abidəni sökək, lakin onunla danışdıq, dedik ki, buna ehtiyac yoxdur və bunu etməyəcəyik. Açıq bir səbəb, aydın bir şərt yoxdursa, abidəni sökməyəcəyik ”,- deyə o dünən baş verənləri izah edib.
Qaregin Njdein adını daşıyan şəhər küçəsində quraşdırılmış abidənin sökülməsi barədə məlumatlar bu ilin fevralından yayılmağa başlayıb. Daha sonra separatçı rejimin "təhsil, elm, mədəniyyət və idman naziri" Lusine Qaraxanyan bu məlumatı təkzib etmişdi.
Müharibədən sonra Ermənistan Milli Məclisinin hakim “Mənim addımım” fraksiyasından çıxan millət vəkili Sofiya Hovsepyan bu gün Azadlıq radiosuna bildirib ki, dünən Xocavənddə rədd cavabı alan Vitali Balasanyan Njde abidəsinin cəmi bir neçə günlüyə sökülməsini təklif edib, və 9 mayda Rusiya tərəfinin Böyük Vətən Müharibəsindəki qələbəsini qeyd edəndən sonra abidənin yerinə qaytarıla biləcəyini bildirib.
"Artsax Qəhrəmanı" adına layiq görülən Vitali Balasanyan niyə belə bir təklif edib? Azadlıq radiosu bu gün onun fikirlərini öyrənməyə çalışıb, lakin Vitali Balasanyandan hələ cavab alınmayıb.
Balasanyanın 44 günlük müharibənin bitməsindən bir neçə gün sonra, 11 noyabrda Ermənistanın Sünik bölgəsi sakinlərinə xitabən söylədiyi açıqlamasından bir sitat gətirə bilərik. “Babalarımızın, böyük Njdenin nəvələri və nəticələri, ən qısa zamanda ayağa qalxacaq. Mən vətəndaşlarımızı bu biabırçı təslimçiliyi imzalayan Nikol Paşinyana qarşı mübarizə aparan soydaşlarımıza dərhal qoşulmağa çağırıram ”- deyə Balasanyan o vaxt bildirmişdi.
Sofiya Hovsepyan Vitali Balasanyanın belə bir təklifinin səbəbini anlamağa çalışdığını da bildirib.
"Bu məsələ ilə əlaqədar onunla iş otağında görüşdüm. Dünən mən artıq onunla danışmağa çalışmadım, çünki "niyə Njdeyə abidə Xocavənddə olmalıdır, onu Zəngəzurda ucaltmaq olmazdı? düşüncəsində olan adamla danışmaq istəmirəm. Bu adam belə bir şey deyə bilərsə ... Bəli, bunu Balasanyan dedi. Əgər belə bir şey deyə bilirsə və Njdenin bütün erməni xalqına məxsus olduğunu və bunun ərazi məsələsi olmadığını anlamırsa, onda mən bu şəxslə nə danışmalıyam? " - deyə erməni deputat bildirib.