Bu gün:


SEVGİLİSİNƏ HƏSRƏT QALMIŞ YOLLAR

Tarix: 08.05.2021 / 10:57  •   Oxundu: 125 dəfə  •  

Xətai Rayonu Yusif Səfərov küçəsi, hazırda ölkənin əsas qurumlarının kompakt yerləşdiyi ünvanlardandır.

Ali Məhkəmə,Azəriqaz,Bakı Baş Polis İdarəsi və.s...

Eyni zamanda bu məkanda vətəndaş məmnunluğu naminə lazım olan infrastrukturlar mükəmməl şəkildə inşa edilsədə,həmin ərazidə yaşayan sakinlər inşa edilmiş həmin yerlərə uzaqdan-uzağa seyr etməkdən başqa çarəsi yoxdur.

Çünki keçid yoxdur.

Yolu keçmək ölümə qucaq açmaq kimi bir şeydir.

Hətta ölümünü göz altına alıb yolu keçmək istəyən vətəndaş Polis tərəfindən cərimələnəcəyi şübhəsizdir.

Sevgililər parkı adlanan məkan sevgisiz qalıb.

Dövlətin milyonlarını həzm rabedən keçirmiş Azəravtoyolservis ASC-nin sədri Saleh Məmmədov, Bakı Nəqliyyat Agentliyinin Vüsal Kərimlisi 2 km-lik təhlükəni görmürlərmi?

Bunların missiyası vətəndaş təhlükəsizliyini təmin etməkdir,yoxsa şəxsi korporativ maraqları naminə vətəndaşları ölümün pəncəsinə atmaqdır?

Mövzu diqqətimizdədir.

Sofia Sofulu