Bu gün:


76654 SAYLI "CİNAYƏT İŞİ" MATERİALLARININ İZİ VƏ ÜZÜ....

Tarix: 09.05.2021 / 11:17  •   Oxundu: 313 dəfə  •  

Elşad-Ata  Abdullayevi birləşdirən cinayət işi üzrə Baş Prokuror Zakir Qaralovun icraçılığı ilə dövlət və xalq adına yaşadılan növbəti hüquqi nihilizmi diqqətinizə çatdırırıq.

2005-2006-2007-ci illərin dekabr ayının 31-də ABU-nun sabiq rektoru Elşad Abdullayevin sifarişi,Qaralov Zakirin icraçılığı ilə Baş Prokurorluqda başladılmış 76654 saylı "cinayət işi" araşdırılması üçün Bakı Şəhər Prokurorluğunun müstəntiqi Rauf Kərimovun,sonra isə Mustafa Süleymanovun icraatına verilmişdir.

HƏDƏF  İDEAL  MEDİA  HOLDİNQİN  TƏSİSÇİSİ  VƏ  RƏHBƏRİ  NAZİM  QULİYEVİ  SUSDURMAQ  İDİ...!?

Bunun üçün  Nehrəmlilərin inhisarında amoralizm fəlsəfəsi üzrə fəaliyyət göstərən ATV kanalında Nazim Quliyevin əleyhinə kompaniyaya start verilir.

Verilişin moderatorluğu aparıcı Ceyhun Əlinin zərif çiyinlərinə yüklənir.

İftira krujevalarını yamamaq  Sona Vəliyevanın həyat yoldaşı,Hüseyn Abdullayevin qapançısı Həsənov Əli Məhəmmədəli oğlunun kölgəsinə təzim edən bütün media gənələrinin  ("general") ağzına əlavə yük edilir.

Xoşqədəmdən Xoşqeyrətə qədər bütün mənasız ədədlər, Nazim Quliyev böyüklüyü qarşısında heç kim olduqlarını  şövq-təbii etiraf edirdilər.
Veriliş bitər-bitməz Baş Prokurorluğun mətbuat xidmətinin məlumatı məhz ATV-də elan edildi.

76654 saylı "cinayət işi" kolleksiyasının üzvüləri:
1.Abdullayev Elşad  İslam oğlu-ABU-nun rektoru;
2.Abdullayev Ata Eldar oğlu-Əli Həsənovun emissarı;
3.Abdullayeva Rəmziyyə Həmzə qızı-Loğman tibb texnikomunun direktoru;
4.Mehdiyeva Natəvan Arif qızı- Son Söz qəzetinin baş redaktoru;
5.Məmmədova  Ağgül İsrafil qızı-Son Söz qəzetinin redaktoru;
6.Amaşov Əflatun Əhməd oğlu-AMŞ sədri.

Prezident İlham Əliyevin iradəsilə 76654 saylı qondarma "cinayət işi" 11 avqust 2007-ci ildə xitam edilsə də, Nazim Quliyevlə Ramiz Mehdiyev hökuməti arasında davam etdirilən müharibədə 99432 saylı növbəti saxta cinayət işinin düzənlənməsi,Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə baş idarəsinin mühüm işlər üzrə müstəntiq Tariyel Ələkbərovun  üzərinə öhdəlik olaraq yüklənilir.

99432 saylı "cinayət işi"  üzrə keçmiş arsenallardan  Ata Abdullayev və  Nətavan Mehdiyevanın  ifadələri olduğu kimi,heç bir nöqtə-vergülə əl vurulmadan daşınır.

Sifarişçi-icraaçı erməniyanlı qanqsterlər olsada, yeni "zərərçəkmiş-şahid" kolleksiyasının tərkibində dəyişiklik edilmişdir.

Yeni tərkib üzvüləri:
1.Rüstəmxanlı Tənzilə Yolçu qızı-Amasiya rayonu,VHP sədri Sabir  Rüstəmxanlının həyat yoldaşı, "Azəri-Türk" qadın cəmiyyətinin sədri,("zərərçəkmiş")
2.Mehdiyeva Nətavan Arif qızı- Xızı rayonu,"Son Söz" qəzetinin baş redaktoru ("zərərçəkmiş");
3.Mahmudova Səbirə Hümbət qızı-Tərtər rayonu,Tərtərin həcəri ("şahid");
4.Hüseynova Elmira Əşrəf qızı-Ağdam rayonu, ABU-nun müəlliməsi, Elşad Abdullayevin həyat yoldaşının xalası qızı,eks təhsil naziri Misir Mərdanovun qardaşının qudası, Xətai YAP sədri Hüseyinbala Mirələmovun kirvəsi ("şahid");
5.Məmmədova Adilə Cahangir qızı - Amasiya rayonu, "Azəri-Türk" qadın cəmiyyətinin sədr müavini,Turan partiyasının sədri Cahandar Bayoğlunun bacısı  ("şahid");
6.Abdullayeva Havanisə İdris qızı-Əlibayramlı rayonu, İDEAL  redaksiyasının süpürgəçisi ("şahid");
7.Ağalarova Göyçək Teymur qızı-Azəri-Türk" qadın cəmiyyətinin üzvü ("şahid")
8. Əmirova Gülnar Hacıbala qızı -"Azəri-Türk" qadın cəmiyyətinin üzvü ("şahid")...

Ölkəmizdə qanun-hüquq adına rəzalət ssenariləri günbəgün açığa vurduğundan, o cümlədən 19 ildən sonra  qanqster "milli qəhrəman-general" Rövşən Əkbərov vaqeəsi ortada varkən,hansısa anti-tezis hazırlamağıma əsla yer yoxdur.

Dövlətimiz adından hökumət tərəfindən Bir Vətəndaşa,Bir Qarabağ Qazisinə,Bir Şəhid Ailələrinin rəsmi qəyyumçusu Nazim Quliyevə qarşı törədilmiş cinayət işi vardır ki, buda tezliklə öz hədəfinə çatacaq!

Baş Prokuror Qaralov Zakirin ortağı və tələbə yoldaşı- Elşad Abdullayev barəsində 2007-ci ildən Azərbaycan Respublikası Cinyət Məcəlləsinin 137.3-cü maddəsi üzrə cinayət işi açılıb. 

Buna baxmayaraq, o, müəmmalı şəkildə ölkəni tərk edə bilib. 

14 ildir, barəsində cinayət işi açılan şəxsin hələ də ölkəyə gətirilməməsi isə ciddi sual doğurur.

Bundan əlavə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2014-cü il iyunun 25-də Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (rüşvət alma), 311.3.2, 311.3.3 və 29,312.2 (rüşvət vermə) maddələri ilə təqsirləndirilən şəxs qismində Elşad Abdullayevin istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib.

Barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilərək axtarış elan olunmaqla yaxalanması istiqamətində beynəlxalq axtarış tədbirləri həyata keçirilən Elşad Abdullayevin yaşadığı yer bəlli olsa da, bu yöndə heç bir təsirli addım atılmır…

NİYƏ???

İnci  Osmanqızı