Bu gün:


ABŞ-DA ATIŞMA OLUB

Tarix: 10.05.2021 / 10:22  •   Oxundu: 82 dəfə  •  

ABŞ-ın Arizona ştatında atışma olub.
İDEAL Media.az xəbər verir ki, bu barədə “FOX 10 Phoenix” telekanalı polisə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə Finiks şəhərində, “Hyatt Regency” otelində baş verib. Atışma zamanı 1 nəfər öldürülüb, daha 7 nəfər xəsarət alıb. Xəsarət alanlar 18-22 yaşlı şəxslərdir. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir.
Yaralılar müxtəlif xəstəxanalara yerləşdiriliblər. Onların kimliyi açıqlanmır.