SUDAN QIRMIZI DƏNİZDƏKİ RUSİYA HƏRBÇİLƏRİNƏ ULTİMATUM VERDİ...
Tarix: 10.05.2021 / 17:48 •
Oxundu: 118 dəfə •
Sudanda səlahiyyətli şəxslərin öz ərazilərində Rusiya hərbi-dəniz bazası yaratmasına qadağa qoyması fonunda yeni bir qalmaqal alovlanır.
Xatırladaq ki, rəsmi Xartum bazanın inşasına başlayan Rusiya hərbçilərindən bütün işləri dayandırmasını, radarlar və rabitə cihazları da daxil olmaqla hərbi texnika və avadanlıqları çıxartmaqla dərhal ölkə ərazisini tərk etməsini tələb edib.
Beləliklə, Afrika dövləti, Sudan ordusunun Port Sudanda yerləşən "Flamingo" hərbi bazasında obyektin tikintisinə başlanması barədə müqaviləni ləğv edib.
"Sudan Tribune" qəzetinin verdiyi məlumata görə, Sudan ilə Rusiya arasında anlaşmanın dayandırılması barədə xəbərlər keçən həftə ortaya çıxıb.
Rusiya Donanmasının Qırmızı Dənizdəki bazasında 300 rus hərbçisi və 4 gəmi yerləşdiriləcəyi planlaşdırıldı.
Lakin Sudan hökuməti əməkdaşlığa son qoymaq qərarına gəlib və ruslardan ərazilərini tərk etmələrini tələb edib.
Rusiya müqavilənin ləğvinə rəsmi şəkildə münasibət bildirməyib.
Nəşr Rusiyanın Sudan səlahiyyətlərinə xəbərdarlıq etmədən bu ölkəyə avadanlıq göndərdiklərinə və Qırmızı Dənizdə baza inşasına dair heç bir razılaşma olmadığı səbəbi ilə müqavilənin ləğv edilə biləcəyinə inanır.
Qəzet iddia edir ki, "Sudanlı hərbçilər, Rusiya ordusunun "Flaminqo"da öz bazasını yaratmağa başladığına da təəccübləniblər.