Bu gün:


BMT Təhlükəsizlik Şurası təcili toplaşır

Tarix: 12.05.2021 / 10:20  •   Oxundu: 82 dəfə  •  

BMT Təhlükəsizlik Şurası Fələstin-İsrail münaqişəsi ilə bağlı təcili iclas keçirəcək.
Bu barədə təhlükəsizlik şurasındakı mənbə məlumat yayıb.

Bildirilir ki, məsləhətləşmələr bu gün saat 09:00-a (Bakı vaxtı ilə 17:00-da) təyin olunub.
Xatırladaq ki, bazar ertəsi günü edilən məsləhətləşmələrdə BMT Təhlükəsizlik Şurası, Şərqi Qüdsdəki vəziyyətlə əlaqədar heç bir açıqlama təqdim etməyib.