Bu gün:


Avropa İttifaqı etiraf etdi

Tarix: 14.05.2021 / 09:25  •   Oxundu: 78 dəfə  •  

Avropa Birliyinin ali nümayəndəsi Cozef Borel İsrailin blokada altındakı Qəzza zolağına, fələstinlilərə və Əl-Əqsa məscidinə hücumlarından sonra Yaxın Şərqdə artan gərginliklə bağlı sualları cavablandırıb.
 
İDEAL Media.az “Anadolu” Agentliyinə istinadla xəbər verir ki, Borel  tərəfləri mülki şəxslərin ölümünə səbəb olan qarşıdurmaya son qoymağa çağırıb.
 
O bildirib ki, hazırda İsrailə təzyiq göstərə bilən yeganə ölkə ABŞ-dır. Avropa Birliyi İsrail-Fələstin məsələsini həll etmək iqtidarında deyil.
 
Borrell Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar Avropa Birliyinin çarəsizliyini gizlətməyib: “BMT və Avropa Birliyinin rəsmi mövqeyinin iki dövlətli həll variantının olmasına baxmayaraq, bu həll yolunun getdikcə daha da çətinləşdiyinin fərqindəyik”.
 
Cozef Borel Avropa Birliyini Fələstinə maliyyə və humanitar yardımlarını davam etdirməyə çağıraraq bunun problemin həlli olmadığını bildiklərini, əks təqdirdə daha pis olacağını düşündüklərini deyib.