Bu gün:


Kazanda 15 məktəb bomba təhlükəsinə görə təxliyə edildi

Tarix: 16.05.2021 / 11:39  •   Oxundu: 99 dəfə  •  

Rusiyada – Tatarıstanın paytaxtı Kazanda bəzi məktəblərdə partlayıcı yerləşdirilməsi ilə bağlı xəbərlər səbəbindən təhsil müəssisələri təxliyə edilib.

İDEAL Media.az xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.

“Şəhərdə məktəblərin təxliyə edildiyinə dair xəbərlər gəlir. Məktəblərin hər birində xəbərdarlığı dəyərləndirən xüsusi xidmət orqanları nümayəndələri var. Bütün uşaqlar və əməkdaşlar sürətlə təxliyə edilib”, - məlumatda deyilir.

Bildirilib ki, 15 məktəb təxliyə olunub.