Bu gün:


ÜSTÜ AÇILMAYAN KONFİDENSİAL-KONSENSUS CİNAYƏTLƏR SSERİYASINDAN....

Tarix: 16.05.2021 / 13:12  •   Oxundu: 550 dəfə  •  

ƏVƏZ  HÜSEYİNQULİYEVİ  KİM   QƏTLƏ YETİRİB ???
 

Qubadlı Rayonunun sabiq İcra Hakimiyyəti Başçısı Əvəz Orduxan oğlu Hüseyinquliyev 2009-cu il tarixdə müəmmalı şəkildə dünyasını dəyişməsi heçdə qatillər arasında oldu-keçdi kimi paranomik düşüncələrinə rahatlıq gətirməsin.

Əvəz Hüseyinquliyev digər şəxsiyyətsiz və mənasız qorxaq və yaltaq korrupsioner başsız-icrasız başçılar kimi Xalqdan oğurlayıb sülaləsini yemləndirməyib, səltənətlər yapmayıb.

O, cinayətkar rejim və onların debillərindən alıb,hüqusuz-dövlətsiz-arxasız İnsanlar arasında paylaşıb.

Əsası budur ki, Mehdiyev Ramizin kor ülgüçünün dalı-qabağı kəsəndə,tənzilənin təbirincə desək Azərbaycanın İcra Aparatının rəhbəri olanda belə iftiraları,yalanları qarşısında susmayıb haqq bildiyini deyib və sübut edib.

Tədbirlərin birində Heydər Əliyev Baş Prokurorluğun bir sıra Rayon İcra Hakimiyyəti Başçıları fəaliyyətlərilə bağlı aparılmış yoxlamaların yekunlarına dair tədbirdə nöqsanlı başçılar tənqid edildikdən sonra bir qismi həbsxanaya,bir qismi tutduğu vəzifədən kənarlaşdırılarkən növbə Qubadlı Rayonuna çatdı və Heydər Əliyev nöqsanlara başlarkən,Əvəz Hüseyinquliyev icazə almadan ayağa qalxdı və Prokurorluğun gəldiyi qənaəti Ramiz Mehdiyevin qərəzli mövqeyindən başqa heç nəyi ifadə etmədiyini bildirdi.

Heydər Əliyev Baş Prokuror Eldar Həsənova dönüb baxdıqdan sonra,Əvəz Hüseynquliyevi axıra qədər dinlədikdən sonra Qubadlı Rayonunda yenidən yoxlama keçirilməsi barədə ğöstəriş verir.

Yoxlamanın sonunda haqlı olduğu bir daha sübut olundu.

Əvəz Hüseynquliyev təmsil olunduğu hökumətin cinayətkar şəbəkənin əlində olduğunu da çox yaxşı anlayırdı.Bu və diğər səbəblərdən O,çalışırdı ki,ona üz tutan,köməklik uman heç bir kəsi naümid yola salmasın....

Əlbətdə ki, Əvəz müəllim eldən-obadan getdi.Onun yoxluğunu ləyaqətli İnsanlar hiss edir və məyus olur.

Əvəz Hüseyinquliyev Qubadlı Rayon İcra Hakimiyyəti Başçısı vəzifəsindən azad edildikdən sonra,Abşeron Rayonun İcra Hakimiyyəti Başçısı Zakir Fərəcovla çox yaxın münasibətdə idi.Və şimal rayonlardan birinə İcra Başçısı vəzifəsinə getməkdən ötrü 3.0000000 (üç milyon) manat keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun vasitəsilə Ramiz Mehdiyevə verdiyini bildirirdi və deyilən vaxt uzandığından çox səbirsizlənirdi.

Səbirsizlənməyinə başlıca səbəblərdən birincisi borc aldığı şəxslərlə üz-üzə qalması və aldığı borcu qaytarılmaması məchulluğu idi...

O,sıxıldıqca, sıxılmasına səbəb olan araçılardan pulunu,yada ki, vədlərini yerinə yetirməsi gündəmə düşürdü.

Əlbətdə ki,Bakı haqlılar üçün qəbristanlıq,həbsxana ola bilər,lakin korlar Şəhəri ola bilməz.

Ardı var...

Rüfət Kamil