Bu gün:


Marşrut xətlərindən birində gediş haqqı azaldılıb

Tarix: 17.05.2021 / 10:18  •   Oxundu: 58 dəfə  •  

Bakı Nəqliyyat Agentliyi vətəndaşların rahatlığını nəzərə alaraq M8 ekspress marşrut xəttini (Maştağa qəsəbəsi - “Gənclik” metro stansiyası) adi rejimə keçirib.

İDEAL Media.az xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Vüsal  Kərimli "Twitter" sosial şəbəkəsində bildirib.
"Daimi sərnişinlərimizə xidmət edəcək xətt üzrə gediş haqqı tarifi 0.40 AZN-dən 0.35 AZN-ə dəyişdirilib", - o deyib.