Bu gün:


GET KİMƏ İSTƏYİRSƏN ŞİKAYƏT ET !

Tarix: 29.04.2021 / 19:16  •   Oxundu: 554 dəfə  •  

BU "QANUN " ÖLKƏNİN HƏR YERİNDƏ KEÇƏRLİDİR.

Son günlər kriminal-korrupsioner məmurların davamlı həbsi,deməyə və yazmağa əsas verir ki, bu ölkədə dövlətə və xalqa xidmət etmək istəyənlərin sayı yumşaq ifadə etsək, 0-la,1-in arasında qanun axtarır.Bunların xidməti vəzifəsi katibələrin arxasından şou-biznesin ortasından ibarət imiş...

 Ləkəli tariximizi təmizləyən müqəddəs Şəhidlərimizin ailəsinə, Qazilərimizə məmnunluq yaşatmaq öhdəliyi olan məmurların əcaib məkanlarda törətdiklərinə rəğmən baş verənlər , bütövlükdə hər bir vətəndaşın fundamental konstitusion hüquqlarına  həqarətdir.

Məmur harınlığı,insan və vətəndaş hüquq və əsas azadlıqlarının deformasiyaya uğradılmasında başlıca səbəb qanun adı altında törədilən qanunsuzluqlardır.

Təsəvvür edin ki, cəzaların icrası qanunvericiliyi üzrə şərti azadlığa buraxılmaq haqqı tanınan hər bir şəxsdən ayına 500 manat rüşvət tələb edən Xətai rayon məhkəməsi zərərçəkmiş şəxsə  212.000 min manat dələduzluq cinayəti törətmiş birisinə  qarşı, məhz həmin məhkəmə tərəfindən “humanizmin” əcaib sifətini göstərir.

      Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhəri,Baş Polis İdarəsinin baş müstəndiqi polis mayoru Həbibli Həbib Arif oğlunun icraatında olan 200200076 nömrəli cinayət işi materiallarında qeyd edilir:

   05 dekabr 1980-ci il tarixdə, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Binəqədi rayonu,Binəqədi qəsəbəsi,mədən 1,korpus 47,ev 286 A-da qeydiyyatda olan Abdullazadə Faiq Novruzəli oğlu istintaq zamanı toplanmış ilkin sübutlarla   təqsirləndirilir ondan ötrü ki,o,qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir.

   Belə ki,Abdullazadə Faiq Novruzəli oğlu özgənin əmlakını ələ keçirmək məqsədi ilə tamah niyyəti ilə qardaşı Abdullayev Fərid Novruzəli oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib V.Atayevanın  etibarından sui-istifadə edərək Bakı şəhəri,Nərimanov rayonu,”Gənclik” metrostansiyası yaxınlığında “Burhan FF” MMC vasitəsilə məşğul olduğu avtomobil icarəsi işinə pul qoyub ona da gəlir verəcəyinə dair yalan vəd verib aldadaraq, 2018-ci il ilin yanvar ayından, 2019-ci ilin avqust ayına qədər olan müddətdə Bakı şəhəri,Nizami rayonu,Neftçilər  ticarət mərkəzində yerləşən ofisdə hissə-hissə olmaqla,vahid niyyətlə əhatə olunmuş qəsdlə aldatma yolu ilə ümumilikdə 191.950 manat pulu alaraq ələ keçirib, zərərçəkmiş şəxs V. Atayevaya 191.950 (yüz doxsan bir min doqquz yüz əlli) manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir.

    Bununla da Abdullazadə Faiq Novruzəli oğlu Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir.

 Bakı şəhəri, Xətai rayon məhkəməsinın haykimi Hüseyn Cavid Vaqif oğlunun sədrliyi ilə 17.11 2020-ci il tarixdə iş nömrə  N 4(011) -678/2020  saylı qərarda bildirilir.

“….Həbs qətimkan tədbirinin tətbiqinə imkan verən maddi-hüquqi əsas şəxsin ona istinad edilən cinayət əməlini törətməsi barədə şübhələrin əsaslığını,bu barədə faktların tutarlığını əhatə edir ki, hazırkı halda cinayət təqibi üzrə toplanmış materiallar təqsirləndirilən şəxs Abdullazadə Faiq Novruzəli oğlu tərəfindən vəsatət və təqdimatda göstərilən cinayətin törədilməsi ehtimalına kifayət qədər əsas vermir???!

    Beləliklə,məhkəmə yuxarıda qeyd olunan mühüm? (Görəsən haykimi  Hüseyn Cavid mühüm dediyi məfhum nəyimiş?) halları nəzərə alıb verilmiş vəsatət və təqdimatın təmin edilməməsini əsaslı hesab edir.

Abdullazadə Faiq Novruzəli oğlu barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməsin.
Adullazadə Faiq Novruzəli oğlu məhkəmə iclas zalından dərhal azad edilsin.

Məzhəkənin qondarma qərarı ilə razılaşmayan Bakı Şəhər Prokurorunun  müavini Ədliyyə müşaviri Mobil Şəfiyev Bakı Apellasiya məhkəməsinin cinayət kollegiyasına, Xətai rayon məhkəməsinin 17 noyabr 2020-ci il  tarixli qərarından apellyasiya protesti verərək Abdullazadə Faiq Novruzəli oğlu barəsində “həbs” qəti imkan tədbirinin seçilməsini xahiş edir.

Bakı Apellyasiya məhkəməsinin cinayət kollegiyasının Haykimi Rəhimov Elmar Eldar oğlu 23 .11.2020-ci il tarixli absurd qərarında Bakı şəhər prokurorluğunun apellyasiya protestini rədd edərək dələduzun yanında olduğunu açıq tekstlə ifadə edir.

Sual olunur: zərərçəkmiş şəxs ona vurulmuş küllü miqdarda zərəri hansı dövlət orqanı vasitəsilə geri qaytarmalıdır?

Vətəndaş nə etməlidir?

Reket və yaxudda  "razborşik" tapıb öz hüquqlarını oğru qanunları ilə bərqərar etməlidir?

Qanunlar yalnız kiçik dələduzluqla məşğul olan hüquqsuz, arxasız, kasıb şəxslər üçünmü mövcuddur?

Böyük dələduzları müdafiə edən rüşvətxor köstəbəklərin məqsədi nədir?

Azərbaycan Respublikasının konstitusiyası. 

Maddə 12 . Dövlətin ali məqsədi
1.İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
2.Bu konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.

HANSI ÖLKƏDƏ?

Araşdırmamız davam edir

İnci Osmanqız