Bu gün:


Azərbaycanda kişi keçmiş həyat yoldaşının qulağını kəsdi

Tarix: 17.05.2021 / 15:00  •   Oxundu: 167 dəfə  •  

Abşeronda qadına küçədə hücum edilib.
Hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Aslanova Zülfiyyə Möhsüm qızı işdən çıxıb evə gedərkən hücuma məruz qalıb. Nəticədə o, ağır xəsarətlər alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin və sol qulağın kəsilmiş yarası diaqnozları qoyulub.
İlkin məlumata görə, qadına hücum edən şəxs keçmiş həyat yoldaşıdır.

Hadisənin təfərrüatı araşdırılır.