Bu gün:


Rusiyadan Türkiyəyə şok

Tarix: 18.05.2021 / 11:07  •   Oxundu: 100 dəfə  •  

Rusiya Türkiyə təyyarə uçuşları ilə bağlı qadağanı daha 1 ay uzadıb.

İDEAL Media.az xəbər verir ki, bu barədə Türkiyə mənbələri məlumat yayıb. Lakin Rusiyanın RİA novosti agentliyi iddiaları təkzib edib. Bununla belə yekun qərarın qəbul olunmadığı diqqətə çatdırılıb.

Qeyd edək ki, aprelin 15-dən etibarən Rusiya Türkiyəyə müntəzəm və çarter uçuşları məhdudlaşdırıb. Qərar iyunun 1-nə qədər qüvvədədir. Uçuşlara məhdudiyyətin tətbiq olunması pandemiya ilə əlaqələndirilib.

Ekspertlərin iddiasına görə, Türkiyənin Ukraynaya açıq dəstək ifadə etməsi prezident Vladimir Putini qəzəbləndirib və məhdudiyyət bu üzdən tətbiq olunub. Hava nəqliyyatının dayanması Türkiyəyə rus turistlərin axınına ciddi zərbə vurub.