Bu gün:


Türkiyə, Azərbaycan və Orta Asiyanı birləşdirən yeni marşrut açılır

Tarix: 22.05.2021 / 19:10  •   Oxundu: 184 dəfə  •  

Türkiyhə ticarətin genişləndiyi Azərbaycan və Orta Asiyanın Türk Respublikalarına yeni ticarət marşrutu açır.

Türkiyəyə məxsus logistika şirkəti gəmi nəqliyyatı ilə Xəzər dənizindən istifadə etməklə Orta Asiyanı Türkiyəyə birləşdirəcək.
Yeni nəqliyyat marşrutu Türkiyə-Xəzər xətti ilə Orta Asiyanı Türkiyəyə birbaşa bağlayacaq.

Yeni marşrut Türkiyə, Rusiya və Orta Asiya bazarları arasında daha ucuz başa gələn müntəzəm konteyner daşınması vasitəsilə ticarət həcminin yüksəlməsini təmin edəcək.

Çox sayda yük gəmisindən istifadə olunacaq yeni xətlə əsasən, sənaye maşınları, inşaat materialları, tekstil, kosmetika, məişət avadanlıqları və mərmər kimi məhsullar daşınacaq.