Bu gün:


Altundan Kılıçdaroğluna: 6 aydan sonra nə olacaq?

Tarix: 23.05.2021 / 09:32  •   Oxundu: 87 dəfə  •  

Seçkilərin tarixi dəqiqdir. 6 aydan sonra nə olacaq ki, bu cür cəsarətli sözlər söyləyə bilirsiniz?

İDEAL Media.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun Tvitterdə yazıb.

"Yalan, böhtan və süni böhranlarla gündəmi manipulyasiya etməyə çalışanlar önümüzdəki 6 ay üçün boş vədlər verməyə başlayıb. Seçkilərin tarixi bəllidir", - Altun bildirib.

Qeyd edək ki, CHP sədri Kamal Kılıçdaroğlu hakimiyyətə gələcəkləri təqdirdə, 6 ay ərzində ölkədə çox şeyi dəyişəcəklərini bəyan edib.