Bu gün:


Xankəndidəki qondarma abidə söküldü

Tarix: 26.05.2021 / 10:55  •   Oxundu: 41 dəfə  •  

Xankəndidə qoyulmuş “artsaxın açarı” adlı qondarma abidə bu gün sökülüb.

İDEAL Media.az xəbər verir ki, bu barədə Xankəndidəki separatçılar məlumat yayıb.

“Son günlərdə “Biz və bizim dağlar” kompleksinin ərazisində ucaldılmış abidə ziddiyyətli fikirlər və ictimaiyyətin birmənalı olmayan münasibəti nəzərə alınaraq söküldü”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, magiya simvollarını özündə əks etdirən “abidə”nin satanist işarələri əks etdirdiyi iddia edilirdi.