Bu gün:


İmran Xandan İlham Əliyevə təbrik mesajı

Tarix: 27.05.2021 / 17:39  •   Oxundu: 128 dəfə  •  

Pakistan Respublikasının Baş naziri İmran Xan Azərbaycanın Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbrik mesajı göndərib.

İDEAL Media.az xəbər verir ki, Baş nazir mesajında Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra daha da möhkəmlənən iki qardaş ölkə arasındakı strateji əlaqələrin əhəmiyyətini vurğulayıb.

İmran Xan, həmçinin Azərbaycanın azad edilmiş rayonlarının yenidən qurulmasında fəal rol oynamaq arzusunu dilə gətirib.