Ermənistanda Rusiyaya qarşı ciddi ittihamlar səsləndirilir
Tarix: 29.05.2021 / 10:03 •
Oxundu: 89 dəfə •
İDEAL Media.az xəbər veir ki, buu barədə “Lragir” nəşrində dərc olunan məqalədə qeyd olunub.
Nəşr yazır ki, müharibənin təhrik edilməsi və müharibədən sonrakı “tənzimləmə” ilə bağlı Moskvaya ünvanlanmış birbaşa ittihamlar olmasa da, Ermənistan səlahiyyətliləri Moskvanın atdığı, bənzər vəziyyətə gətirib çıxarmış addımlar haqqında açıq danışıblar.
“KTMT və Rusiya öz öhdəliklərini yerinə yetirmir. Necə mümkündür ki, KTMT və ya Rusiya Ermənistana qarşı öz öhdəliklərini yerinə yetirməyib? Bu, təşkilatın öz-özünə ləğvi deməkdir. Rusiya prezidenti bizimlə işgüzar müzakirələr zamanı da bildirdi və dedi ki, Rusiya Federasiyası üçün Ermənistanın sərhədi qırmızı xəttdir”, - deyə Nikol Paşinyan bildirib.
Məqalədə yazılıb ki, Rusiya demarkasiya vasitəsilə Ermənistanı müharibənin nəticələrini tanımağa məcbur edir: “Bunlar suveren dövlətin mövcudluğu halında münasibətlərin kəsilməsinə və hərbi ittifaqdan çıxmağa gətirib çıxaracaq ciddi ittihamlardır”.
