Bu gün:


Köçəryan Kremlə mesaj göndərdi: "Türkiyəni dayandırın"

Tarix: 30.05.2021 / 11:05  •   Oxundu: 115 dəfə  •  

“Rusiyadan başqa bölgəmizdə əhəmiyyətli bir rol oynaya biləcək başqa bir ölkə yoxdur. Bizi narahat edən Türkiyənin rolunun getdikcə regionda artmasıdır. Bu açıq-aşkar görünür. Onu dayandıra biləcək yeganə ölkə Rusiyadır. O baxımdan Moskva ilə münasibətlərimizi dərinləşdirməliyik".
 
Ermənistan KİV-nə istinadla xəbər verir ki, bunu işğalçı ölkənin ikinci prezidenti, Hayastan İttifaqının lideri Robert Köçəryan seçkiqabağı təbliğat kampaniyası çərçivəsində Spitak icmasının üzvləri ilə görüşdə deyib. O bildirib ki, hazırda Ermənistan üçün Rusiyanı əvəz edəcək başqa ölkə yoxdur:
 
"Rusiya ilə müttəfiqlik əlaqələrimiz xaricində  tarixi əlaqələri, dərin mədəni əlaqələrimiz var və dil problemimiz də yoxdur. Rusiya bizə qarşı çox müsbət münasibət bəsləyir. Münasibətlərimizi daha da dərinləşdirməliyik. Son vaxtlar müharibədəki məğlubiyyəti Rusiyanın üstünə atmağa çalışırlar. Bu da məni narahat edir. Ermənistan iqtisadiyyatını düşdüyü böhrandan Rusiya bazarları çıxara bilər. Məhsullarımızı Türkiyəyə deyil, Rusiyaya ixrac etməliyik. Avropada heç kim ermənilərin istehsal etdiyi məhsulları gözləmir. Rusiya isə bizim məhsulları həmişə öz bazarında gözləyib. Xüsusən də konyaklarımızı. Yeganə çıxış yolumuz Rusiyadır və bunu hər kəs anlamalıdır".