Bu gün:


Vətən müharibəsi şəhidinin adına bulaq istifadəyə verildi

Tarix: 30.05.2021 / 20:55  •   Oxundu: 131 dəfə  •  

Xəzər rayonu Albalılıq qəsəbəsində vətən müharibəsi şəhidinin xatirəsi əbədləşdirilib.
 
Dünən sözügedən massivdə 20 yaşlı şəhidi Vüsal İsmayılzadə Elməddin oğluna həsr edilmiş bulağın açılış mərasimi keçirilib. Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olan 20 yaşlı Vüsal İsmayılzadənin dostları, ailəsi və qohumları onu bugündə qürurla anıblar.  Açılış mərasimində çıxış edənlər şəhidimizin şücaəti və keçdiyi döyüş yolundan danışıblar.
 
Qeyd edək ki, bulaq məhəllə sakinləri tərəfindən salınıb.