Bu gün:


Hicab qadağasına etiraz edən xanım Avropada moda jurnalının redaktoru oldu...

Tarix: 31.05.2021 / 10:20  •   Oxundu: 171 dəfə  •  

Fransada hicab qadağasına etirazı ilə bütün Avropanı silkələmiş bir müsəlman model yeni “Vogue Scandinavia” jurnalının redaktoru seçilib.

İDEAL Media.az bu haqda xarici İslam saytlarına istinadla xəbər verir.

Somali-Norveç əsilli model Ravdah Muhammed qərb moda jurnalına rəhbərlik edən ilk hicablı redaktordur.

R.Muhammed yeni vəzifəyə təyin  olunmasını “İnstaqramda belə şərh edib: 
"Bu, müsəlmanlar üzərində çox böyük bir təsirə malikdir və mövqeyimə moda dünyasını daha yaxşı başa düşmək üçün kollektiv bir nailiyyət kimi baxıram".